Xahiş edib və vəd verib - Məni vəzifədə saxlayın, əvəzində…

09:40 Araz-Naxçıvan 71
Xahiş edib və vəd verib - Məni vəzifədə saxlayın, əvəzində…

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 1-ci dövrəsində qələbə qazana bilməyib.

Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə uduzub.

Beləcə, son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri Premyer Liqanın startında ardıcıl 11 görüşdə qalibiyyət üzünə həsrət qalıb.

Sonuncu belə seriya 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib. Dörd il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplayıb.

“Araz“ 4 xalı iki baş məşqçi ilə toplayıb. Liqanın ilk 6 həftəsində Cavid Hüseynovla 2 xal əldə edibsə, digər iki xal Yuri Maksimovun payına düşür.

Maraqlı xəbər odur ki, C.Hüseynov vəzifəsi ilə belə erkən vidalaşmaq istəmirmiş. Klub rəhbərliyindən ona ilk dövrənin sonunadək şans verilməsini xahiş edib.

Əvəzində söz verib ki, komanda xallarının sayını 10-un üstünə çıxaracaq və turnir cədvəlinin son sıralarından uzaqlaşacaq.

Amma ki, başda əyləşənlər gənc çalışdırıcıya inanmayıb, yayda yanlış transfer bazarlığı etdiyini irad tutub və müqaviləyə birtərəfli qaydada xitam verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!