Cəlal meydana çıxandan sonra “Petrolul” qalib gəldi

03:50 Bizimkilər 48
Cəlal meydana çıxandan sonra “Petrolul” qalib gəldi

Rumıniya Superliqasında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “UTA Arad”la üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Petrolul”a qələbə gətirən qolu 71-ci dəqiqədə Mario İonita vurub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 65-ci dəqiqədə Luço Veqanın əvəzinə meydana daxil olub.

Xallarının sayını 27-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!