“Qarabağ”ın oyunçularından kütləvi tələb: “Haqqını verin!” - VİDEO

08:20 Qarabağ 69
“Qarabağ”ın oyunçularından kütləvi tələb: “Haqqını verin!” - VİDEO

Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” matçından (0:1) sonra Ağdam klubunun azarkeşləri futbolçulara etiraz ediblər.

Sportinfo.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra “Qarabağ”ın “İmarət” fan-klubunun üzvləri futbolçuları tribuna önünə, öz yanlarına çağırıblar.

Komandalarının məğlubiyyətindən narazı qalan azarkeşlər “Bu azarkeşin haqqını verin!” şüarını səsləndirərək futbolçulardan daha yaxşı nəticələr tələb ediblər.

“Qarabağ” Premyer Liqada ardıcıl 4-cü oyundur qələbə qazana bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!