Problemlər içində olan Qurban Qurbanovun səbri tükənir...

09:40 Qarabağ 211
Problemlər içində olan Qurban Qurbanovun səbri tükənir...

Çempionatda ardıcıl dörd turdur qol vura, qələbə qazana bilməyən komandanın baş məşqçisinin «futbolçuların məsuliyyətindən və oyuna münasibətindən razı qaldım» deməsi qəribədir, deyilmi?

Qurban Qurbanovun «Turan Tovuz»a 0:1 hesablı məğlubiyyətə ilk reaksiyası publikanı çaşdırmasın.

O, özünü və komandasını sakitləşdirmək üçün belə açıqlama vermir. Azarkeşləri səbrli olmağa dəvət edən sözlərdir yuxarıda dedikləri.

«Qarabağ»ın mövsümün birinci məğlubiyyətini 11-ci turda almasının özü, əslində, hadisədir.

Vitse-çempion «Zirə», «Neftçi» və «Sabah»la matçlarda da yenilgi üzü görməliydi. Onda da yaxşı oynamamıdılar.

Dünən isə «Qarabağ» keçən həftələrlə müqayisədə nisbətən fəal və yaxşı görüntü çizdi. Müdafiə planında əla təşkilatlanmış, kip və risksiz oynayan «Turan»ın qapısı önündə bir neçə qol epizodu yaratdılar.

Aleksey Kaşukla Renaldo Sefasın qaçırdığı fraqmentlərə görə Qurban Qurbanovun heyfslənməyə haqqı çatır. Əsl hücumçu olsaydı, «Qarabağ» 3 xalı asanlıqla əldə edərdi.

Belə birisi isə hazırda Qurbanovun ixtiyarında yoxdur. Zəkəriyyə Savo və Renaldo Sefas qol hissiyatını hər dəfə işə sala bilmir,

Aleksey Kaşuk isə qapıçıyla üzbəüz qaldığı anlarda topu hara göndərəcəyini hələ də özü üçün müəyyənləşdirməyib.

«Qarabağ»da problemlər var, çoxdur. Qurban Qurbanovun əsəblərini daraldan da budur.

Özünün yayda girdiyi sudan necə quru çıxacağını fikirləşir, fəqət, o yolu tapmağa çətinlik çəkir. Vaxt azalır, variantlar isə tükənir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!