Xorvatlar Azərbaycan - Latviya oyununu idarə edəcək

02:40 Futzal 40
Xorvatlar Azərbaycan - Latviya oyununu idarə edəcək

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb..

12-ci qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşü Dino Kramar, Nikola Jeliç və Nina Nakiç idarə edəcək.

Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Azərbaycan – Latviya oyunu noyabrın 8-də Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!