Portuqaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər

04:20 Digər növlər 43
Portuqaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər

Azərbaycan Atletika Federasiyasının (AAF) "Qaçış hər kəs üçün" Komitəsi sədrinin müavini Elşən Quliyev və Zəfər Qaçış Klubunun Media və İnkişaf şöbəsinin direktoru Nərmin Quliyeva noyabrın 6–8-də Portuqaliyanın Portu şəhərində keçirilən "European Running Business Conference" (ERBC 2026) tədbirində iştirak edirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə AAF-dan məlumat verilib.

Konfransda müxtəlif ölkələrdən qaçış təşkilatçıları, federasiya nümayəndələri, atletika mütəxəssisləri və media təmsilçiləri bir araya gəliblər.

Tədbir çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparır, yenilikləri müzakirə edir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!