“Sabah” uduzdu, Azərbaycan 24-cü pillədəki mövqeyini qorudu - UEFA reytinqində

“Sabah” uduzdu, Azərbaycan 24-cü pillədəki mövqeyini qorudu - UEFA reytinqində

Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub.

Sportinfo.az xəbər verir ki, ölkə əvvəlki kimi 24.187 əmsala malikdir.

İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada isə Ukrayna (24.837) yer alıb.

Reytinq cədvəlinə İngiltərə (107.685) başçılıq edir.

Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah"dır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Norveçdə "Vikinq"ə 1:4 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!