I Liqada çıxış edən "Gəncəbasar"a yeni prezident təyin olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə qərb təmsilçisindən məlumat verilib.
Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
"Gəncəbasar" I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.
