I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi"nin hücumçusu Bəhruz Teymurov mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Oktyabrın ən yaxşı qolu 5-ci turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb.
Qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
