Qadınlar arasında Azərbaycan Superliqasına start verildi

08:10 Voleybol 59
Qadınlar arasında Azərbaycan Superliqasına start verildi

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib.

Sportinfo.az xəbər verir ki, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərmaş Abşeron" - "Naxçıvan" oyununda Naxçıvan təmsilçisi 3:0 (25:20, 25:13, 25:12) hesablı qələbə qazanıb.

"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalında gerçəkləşən "Milli Aviasiya Akademiyası" - "Gəncə" matçında isə ev sahibləri qalib gəliblər - 3:0 (25:22, 25:17, 25:19).

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!