“Qarabağ”ın vingeri ilk dəfə ölkəsinin millisinə çağırıldı

02:10 Qarabağ 58
“Qarabağ”ın vingeri ilk dəfə ölkəsinin millisinə çağırıldı

“Qarabağ”ın futbolçusu Reda Xadra ilk dəfə Livan milli komandasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Məcid Bugerra mətbuat konfransında məlumat verib.

O, Ağdam klubunun vingeri ilə yanaşı, ABŞ-nin “San Antonio” klubundan qapıçı Cozef Batruniyə də şans vermək istədiyini bildirib.

Livan millisi noyabrın 13-dən 17-dək İraqda təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Yarışda İraq, İran və Fələstin yığmaları da mübarizə aparacaqlar.

Almaniyada anadan olan Dortmund “Borussiya”sının yetirməsi Bundestimin U-18 və U-21 millilərinin heyətində 6 dəfə meydana çıxıb.

25 yaşlı futbolçu bu yay “Qarabağ”a Fransanın “Reyms” komandasından transfer edilib. Onunla 2+1 illik müqavilə bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!