Belarusdakı turnirin ilk günündə 2 medal qazandılar

04:30 Digər növlər 49
Belarusdakı turnirin ilk günündə 2 medal qazandılar

Azərbaycanın üzgüçüləri Belarus Açıq turnirinin birinci günündə 2 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib.

Anastasiya Qnusina sərbəst üsul ilə 1500 metr məsafədə (17:22.09) gümüş, Fatimə Alkərəmova isə qarışıq üsul ilə 200 metr məsafədə (2:18.01) bürünc medala yiyələnib.

F.Alkərəmova və A.Rüstəmov həmçinin sərbəst üsul ilə 50 metr məsafədə (22.91) Azərbaycan rekordunu yeniləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!