“Neftçi”də GÜNDƏM: Bir olsun, amma mənim olsun - VİDEO

01:20 Neftçi 97
“Neftçi”də GÜNDƏM: Bir olsun, amma mənim olsun - VİDEO

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunun açılış günündə “Neftçi” “Kəpəz”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Azər Məmmədovun komandası isə 17 xalla 5-ci pillədə qərarlaşıb.

"Neftçi" - "Kəpəz" 1:0

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!