COP29

Bu klubda gedən gələnə rəhmət oxutdurur - Qaş düzəltmək istədilər, vurub göz deşdilər

7 May 22:20 Araz-Naxçıvan 1 041
Bu klubda gedən gələnə rəhmət oxutdurur - Qaş düzəltmək istədilər, vurub göz deşdilər

“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyinin 1 ayı tamam olmaq üzrədir.

Gedən gələnə rəhmət oxutdurur” söhbəti, elə bil, bu komandanın “boyununa biçilib”.

Elmar Baxşıyev geridə qoyduğu dörd matçdan üçünü məğlubiyyətlə bitirib. Hələ “Zirə”yə də uduzmalı idilər, futbol ilahəsi İqor Rodrigesin simasında baş məşqçiyə göz vurdu.

Baxşıyevin gördüyü bu olub hələlik. Yəqin ki, önümüzdəki həftələrdə də nəsə dəyişməyəcək və o... gedəcək.

Klub rəhbərliyi səhv etdi ki, Azər Bağırovu istefaya yolladı.

Ondan sonra daha bir səhv etdilər - Elmar Baxşıyevi vəzifə başına gətirdilər.

Bu şəxs də səhv etdi - 2 aylıq müqavilə təklifinə “gözüm üstə” deməklə.

Bağırov göndərilmişdisə, yerinə köməkçilərindən biri təyin edilməli idi. Görürsüz, yeni baş məşqçi gələndən “Araz-Naxşıvan” daha bərbad təsir bağışlayır.

Bər-bəzəkli danışmaqla deyil, gör-gör, kor-kor!

Əvvəlki baş məşqçinin dönəmində komanda uduzsa da, hec olmasa, qol vəziyyətləri yaradırdı. O qolların yarısı vurulsaydı,

Bağırov bu gün də iş başında dayanmışdı, medallar uğrunda mübarizə aparırdı. Onu bəyənməyən Baxşıyev boş vaxtında oturub oyunları dərindən analiz etsin və saysın - “Araz” bu 4 oyunda neçə qol şansı əldə edib.

Mən saymışam, üst-üstə 4 qol fürsəti yaxalayıblar, ya yaxalamayıblar.

Mənzərə bundan ibarətdir - səriştəsiz rəssama hansı ölçüdə fırça hədiyyə eləsən belə, o, alabəzək tablodan başqa heç nə yarada bilməyəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq