Yeniyetmələr arasında Naxçıvan birinciləri müəyyənləşdi - QALİBLƏR

05:00 Güləş 83
Yeniyetmələr arasında Naxçıvan birinciləri müəyyənləşdi - QALİBLƏR

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı iştirak edib.

Yarışın nəticələrinə əsasən Fuad İsgəndərov, Əli Quliyev, Elxan Muradov, Şahin Əsgərli, Məcnun Abbasov, Səfər Muradov, Turqut Abdullayev, Polad Əhmədov, Adəm Babayev, Hüseyn Əliyev və Həsən Sucalı müvafiq çəki dərəcələrində birinci yerə layiq görülüblər.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Birinciliyin keçirilməsində məqsəd istedadlı idmançıları üzə çıxarmaq, onların yarış təcrübəsini artırmaq və peşəkarlıq səviyyəsini yüksəltməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM