Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək, beşqat dünya çempionu olub.
Həlledici görüşdəki məğlubiyyət Payam Əhmədiyə pis təsir göstərib. Hönkür-hönkür ağlayıb. İranlı məşqçilər onu güclə sakitləşdirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
