Oktay penaltini qaytardı, Həsənlə Andorraya qalib gəldik

14:25 Milli komanda 147
Oktay penaltini qaytardı, Həsənlə Andorraya qalib gəldik

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində əvvəlcə Hövsan Yarış Kompleksində Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.

Azərbaycan yığması günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma da Hövsan Yarış Kompleksində keçirilcək və saat 19:30-da başlayacaq.

Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda 6 xalla AF qrupunda liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!