Veteranlarımız Avropa çempionatında növbəti medalını qazandı

04:50 Cüdo 80
Veteranlarımız Avropa çempionatında növbəti medalını qazandı

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Sportinfo.az xəbər verir ki, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb.

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM