Derbidəki məğlubiyyəti onlara BAĞIŞLAMADILAR - Böyük məbləğdə CƏRİMƏLƏNDİLƏR!

17:20 I Divizion 1 217
Derbidəki məğlubiyyəti onlara BAĞIŞLAMADILAR - Böyük məbləğdə CƏRİMƏLƏNDİLƏR!

«Səbail» rəhbərliyi yumruğunu stola bərk çırpıb.

I Liqanın altıncı turunda «Şahdağ Qusar»a 0:1 hesabıyla uduzan komandanın üzvləri böyük məbləğdə cərimələnib.

Bura yalnız futbolçular daxil deyil, onlarla yanaşı, məşqçi korpusu da cəriməyə məruz qalıb.

Məbləğ kifayət qədər iridir - aldıqları aylıq məvacibin hardasa yarısı qədər.

Bu da gözlənilməz sayılmamılıdır. Elnur Abdullayevin çalışdırdığı kollektiv nəinki şimadl derbisində, ondan əvvəlki turlarda belə, zəif təsir bağışlayıb.

Premyer Liqaya vəsiqəyə birbaşa iddiaçı olan «Səbail» mövsümün əvvəlində artıq kifayət qədər xal itirib.

«Xankəndi» və «Karvan»la 1:1 edərək, liderlərdən kifayət qədər aralı düşüblər. 11 xala malik sabiq «dənizçilər» turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti