“Barselona” fanatı olan xanım "Qalatasaray"lıları dəli etdi - VİDEO

04:00 Hadisə 85
“Barselona” fanatı olan xanım "Qalatasaray"lıları dəli etdi - VİDEO

Çempionlar Liqasında “Qalatasaray”ın “Barselona”ya 1:4 hesabı ilə məğlub olduğu qarşılaşmada tribunada maraqlı görüntü qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, “Barselona” azarkeşlərindən biri “Fənərbağça” və “Barselona” formalarının birləşdirildiyi xüsusi forma ilə RAMS Parkda oyunu izləyib.

İnstaqramda “Alex Del Barca” istifadəçi adı ilə paylaşım edən azarkeş bir tərəfi “Fənərbağça”nın sarı-göy, digər tərəfi isə “Barselona”nın tünd qırmızı-göy rənglərindən ibarət forma ilə tribunada şəkil çəkdirib.

“Barselona” azarkeşi RAMS Parkdan etdiyi paylaşımda “Visca Barça & en büyük Fener” (“Yaşasın Barselona və ən böyük Fənər”) sözlərini yazıb.

“Qalatasaray”ın əzəli rəqibi “Fənərbağça” ilə “Barselona”nı eyni formada birləşdirən azarkeşin paylaşımı sarı-qırmızılı tərəfdarların etirazına səbəb olub.

Xüsusilə həmin formanın RAMS Park stadionunda geyinilməsi və paylaşımda “Fənərbağça”ya dəstək ifadə olunması tənqid edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM