Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası futbolçularına belə dəstək oldular - VİDEO+FOTOLAR

04:10 Hadisə 83
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası futbolçularına belə dəstək oldular - VİDEO+FOTOLAR

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.

Sportinfo.az xəbər verir ki, Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar.

İştirakçılar komandalarına dəstəklərini ifadə etməklə yanaşı, öz xalqlarının milli kimliyinə, mədəniyyətinə və ənənələrinə bağlılıqlarını nümayiş etdiriblər.

Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.

Bakı Təşəbbüs Qrupu daha əvvəl hər iki komandanın Azərbaycana səfərini alqışlayaraq, futbolun xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Oktyabrın 22–30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandalarının iştirak edəcək.





Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM