Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatında qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, komandamız Andorraya 1:0 hesabı ilə qalib gəlib.
SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf matçı izləmək üçün Hövsan Olimpiya İdman Kompleksinə gəlib. O, arxasına adı yazılmış 7 nömrəli forma ilə yeniyetmə futbolçularımıza dəstək verib.
Dünən Bakı Kristal Zalında keçirilən Azərbaycan - Timor-Leste oyunu millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
