"Bursaspor" dörd qol vurdu, Toral axırda yada düşdü

02:40 Bizimkilər 109
"Bursaspor" dörd qol vurdu, Toral axırda yada düşdü

Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub.

Qarşılaşma Bursa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Toral Bayramov görüşün 83-cü dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

"Keçiörengücü" - "Bursaspor" 2:4
Qollar:
E.Başıyiğit, 7-avtoqol (0:1), A.Boutrah, 15 (0:2), L.Baker, 35 (0:3), Oğuzcan Çalışkan, 43 (1:3), K.İheanaço, 50 (1:4), Linkoln, 66 (2:4)
"Aktepe" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM