Ölkəmizdə pensiyalar yenidən artırılacaq

07:50 Araşdırma 65
Ölkəmizdə pensiyalar yenidən artırılacaq

Aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödənişlərdə olduğu kimi, pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə də davamlı artıma imkan verib.

2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

Növbəti ildə isə müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Eyni zamanda gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!