Biznesmenin “Napoli” macəraları – “Qarabağ”ın qapısına penalti verəcək?

20:40 Araşdırma 178
Biznesmenin “Napoli” macəraları – “Qarabağ”ın qapısına penalti verəcək?

“Napoli” - “Qarabağ” matçının hakimləri məlumdur.

Çempionlar Liqasının 5-ci tur görüşünu Polşadan olan Şimon Marçinyak idərə edəcək.

Yan xətlərdə ona həmyerliləri Adam Kupsik, Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Mlts yerinə yetirəcək.

44 yaşlı referi hazırda Polşanın ən üzdə olan hakimi hesab olunur. Elit qateqoriyaya daxil olan ədalət təmsilçisi DÇ-2022-nin finalını idarə etməklə adını dünya çempionatının finalını idarə etmiş ilk polşalı hakim kimi tarixə yazdırıb.

2009-cu ildən Ekstraklasada, 2011-ci ildən isə beynəlxalq oyunlarda fit çalan polşalı zəngin təcrübəyə malikdir.

O, indiyə qədər bütün yarışlarda 702 oyun idarə etməklə 157 dəfə qırmızı vərəqəyə əl atıb, 293 dəfə penalti nöqtəsini göstərib. Az qala hər iki oyundan birində qapıya 11 metrlik penalti zərbəsi təyin edib.

Hakimliklə yanaşı, iş adamı, biznesmen kimi də tanınan Marçinyak avrokuboklarda 104 görüş idarə edib ki, bunların 74-ü Çempionlar Liqasının payına düşür.

O, vaxtilə “Qarabağ”ın iştirak etdiyi dueldə iş başında olub. 2013-cü ildə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyada keçirilən “Qarabağ” – “Ayntraxt” qarşılaşmasında əsas söz sahibliyini Marçinyak edib. Ttəmsilçimiz meydanı 0:2 hesablı qələbə ilə tərk edib.

“Napoli”yə gəlincə, İtaliya komandasındakılar onu yaxşı tanıyır. Polşalı referi “mavilər”in 4 Çempionlar Liqası qarşılaşmasında iş başında olub. 3 matç heç-heçə başa çatıb, 1-də “Napoli” qalib gəlib.

16.08.2017 Napoli – Nitsa – 2:0

18.09.2018 Srvena Zvezda (Serbiya) – Napoli – 0:0

05.11.2019 Napoli – Zalsburq - 1:1

18.04.2023 Napoli – Milan – 1:1

“Nitsa” ilə oyunda neapolluların xeyrinə penalti qərarını verib, fransızların müdafiəçisini meydandan qovub.

“Zalsburq”la qarşılaşmada rəqibin xeyrinə “nöqtə”ni göstərib, topa yaxınlaşan Erlinq Haaland “Napoli”ni məyus edib.

“Milan”la matçda isə hər iki komandanın xeyrinə 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin hər iki şans boşa verilib.

Göründüyü kimi, Marçinyak indiyə qədər baş hakim qismində “Stadio Dieqo Armando Maradona”ya 3 dəfə ayaq basıb və meydan sahibləri heç bir halda uduzmayıb. Və bu oyunların hamısında penalti qərarı verilib.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti