Maaş ilə işləyənlər gəlir vergisi də ödəməli olacaqlar

07:20 Araşdırma 91
Maaş ilə işləyənlər gəlir vergisi də ödəməli olacaqlar

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manatadək olduqca 0 faiz, 8000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu