İş adamı Premyer Liqaya çıxan klubu maliyyələşdirməkdə çətinliklə üzləşdi - SON DƏQİQƏ

16:00 Araşdırma 266
İş adamı Premyer Liqaya çıxan klubu maliyyələşdirməkdə çətinliklə üzləşdi - SON DƏQİQƏ

Premyer Liqada ilk mövsümünü keçirən «İmişli» yeni sponsor axtarışına çıxıb.

Mövsümün ilk yarısında sürpriz nəticələrə imza atan aran təmsilçisi maliyyə dayaqlarını gücləndirmək niyyətindədir.

Debütant hazırda bir neçə yerli şirkətlə bu istiqamətdə danışıqlar aparır.

«İmişli» dörd ilə yaxındır ki, Kamran Eyyubovun kurasiyasındadır. Özünün biznes strukturu olan iş adamı, görünür ki, klubun maliyyə yükünü təkbaşına qaldırmağa artıq çətinlik çəkir.

Əlbəttə, elitada təmsil olunmaq çətin məsələdir. AFFA-nın ayırdığı aylıq 2,5 milyon manatla bütün problemlərin öhdəsindən gəlmək qeyri-mümkündür.

Kamran Eyyubov «İmişli»ni yalnız federasiyanın yardım paketi ilə yaşatmır. Eyni zamanda, şəxsi vəsaitini də bu yolda xərcləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti