“Neftçi”nin baş məşqçisi və daha dörd nəfər - Kimdir onlar?

19:40 Araşdırma 246
“Neftçi”nin baş məşqçisi və daha dörd nəfər - Kimdir onlar?

Premyer Liqanın 12-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunlarda dörd futbolçu və bir baş məşqçi iştirak edə bilməyəcək.

Bunlar “Şamaxı”nın hücumçusu Karim Rossi, “Turan Tovuz”un üzvləri Roberto Olabe və Roderik Miller, “Kəpəz”ın qapıçısı Məmməd Hüseynovdur. “Neftçi”nin çalışdırıcısı Samir Abasovun adı da siyahıdadır.

Adları çəkilənlər öncəki turlarda aldıqları qırmızı vərəqələrin bədəlini ödəyir. Millerlə Rossi isə sarı vərəqə limitini doldurub.

Noyabrın 21-də “Karvan-Yevlax” – “Kəpəz”, “Sumqayıt” – “Qarabağ”, ertəsi “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Zirə” – “Qəbələ”, noyabrın 23-də “Sabah” – “Şamaxı”, “Neftçi” – “İmişli” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti