Respublikamızda işsizliyə görə sığorta ödənişi artırılacaq

08:00 Araşdırma 114
Respublikamızda işsizliyə görə sığorta ödənişi artırılacaq

Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.

2026-cı ildə işsizliyə görə sığorta ödənişi üçün 28 milyon manat vəsait nəzərdə tutulur.

Rəqəmlər Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Mövzu ilə bağlı danışan iqdisaçı Xalid Kərimli deyir ki, işsizlikdən sığortahaqqı yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışan və qanuni əsaslarla işdən çıxarılmış şəxslərə verilir.

Vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etmədən bu statusu əldə edə bilməzlər. Ödənişlər isə əməkhaqqının səviyyəsindən asılıdır.

İqtisadçı artımın minum əməkhaqqına uyğunlaşdırlmasına da diqqət çəkib.

İşsizliyə görə sığorta ödənişinin ortaaylıq məbləği cari ilin sonunda 441.67 manat, 2026-cı ildə isə 450 manat olacağı proqnozlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!