Satqınlar şəbəkəsi aşkarlandı

5 İyul 2022 12:30 Araşdırma 734
Satqınlar şəbəkəsi aşkarlandı

Ukrayna partizanları işğal altına olan Xerson vilayətində kuratorları ilə birgə satqınlar şəbəkəsini aşkar ediblər.

Bu barədə Xersonun deputatı Sergey Xlan sosial şəbəkədə məlumat paylaşıb.

Söhbət “Berkut-Cənub” qruplaşmasından və onların rusiyalı komendantlarından gedir.

“Yerli satqınlar ruslara vacib informasiyalar çatdırır – müdafiə ordusunun iştirakçıları, fəallar və s. ilə bağlı. Bu informatorlar artıq ifşa olunub.

Hər bir xaini görürük, müqavimət hərəkatı bütün vilayətə yayılır. Cacab vermək vaxtı yaxındadır”, - o yazıb.

Bundan öncə Xersonda xain xalq deputatı Aleksey Kovalyevin maşını partladılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş