Kremlin bəd niyyəti: Ermənistana təzə ordu qurulur

22 Aprel 2021 15:50 Araşdırma 737
Kremlin bəd niyyəti: Ermənistana təzə ordu qurulur

44 günlük müharibədə hərbi kapitulyasiyaya imza atmış Ermənistan indi ordusunu dirçəltmək üçün müttəfiq ölkə Rusiyadan yenə dəstək alır.

Prezident İlham Əliyev də ADA-dakı çıxışında bu məsələyə toxunaraq bildirmişdi ki, müttəfiqləri Ermənistan ordusunu canlandırır, modernləşdirir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla erməni həmkarı Artak Davtyanın Moskva görüşündə də Ermənistan ordusunun dirildilməsinə toxunulub.

Gerasimov deyib ki, Ermənistan Rusiyanın bölgədəki 1 nömrəli müttəfiqi və tərəfdaşıdır. Əslində isə “İrəvan Moskvanın marioneti, maşasıdır” desəydi daha obyektiv yanaşma olardı. “Biz Rusiya Müdafiə Nazirliyinin universitetlərində ixtisaslı kadrlar hazırlamağa davam edirik” - Gerasimov bildirib.

O da məlumdur ki, Rusiya darmadağın olmuş erməni ordusunu təzədən “yığmağa” söz verib və bu yöndə artıq işlərə başlanıb. Rusiya ali hərbi məktəblərində daha çox erməni zabitinin hazırlanması yönündə anlaşma da həmin dəstəyin tərkib hissəsidir. Lakin buna böyük vəsait lazımdır. Rusiya erməni ordusunu nə qədər müddətə dirçəldə bilər? Məqsəd nədir? Bu, Azərbaycana da bir mesajdırmı? Doğrudan da, yoxsul, ac-yalavac Ermənistana iqtisadiyyat, yoxsa ordu gərəkdir?

Bu məqamda Prezidentin “hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq” sözlərini də yada salmaq vacibdir. Əgər ruslar erməni ordusunu bizə qarşı yenidən müharibə etmək üçün modernləşdirirlərsə, bu dəfə “Dəmir yumruq” daha sarsıdıcı ola bilər.

Russia to work with EU partners to save Iran nuclear deal: Kremlin

Hələlik regionda savaş gözlənməsə də, Rusiyanın Ermənistan ordusuna dəstəyi göstərir ki, Moskva müttəfiqinin silahlanmasını, gələcək üçün hazırlaşmasını hesablayır. Bu da açıq yazılmalıdır ki, Kremlin militarist xarakterindən irəli gəlir. O, müttəfiqlərinin iqtisadi, demokratik cəhətdən inkişafına deyil, hərbi gücünün artırılmasına, öz silahlarının satışı və istifadəsinə yönəlik siyasət yürüdür.

Sitat: “Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”, - deyə İ.Əliyev bəyan etmişdi. Prezidentin sözlərinə görə, Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar, lakin heç bir hərbi planımız yoxdur.

Arzuxan Əlizadə - Publika.Az

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın erməni ordusunu modernləşdirmək dəstəyi təəccüb doğurmur: “Bunu birinci Qarabağ müharibəsində, 44 günlük müharibədən əvvəl iyul döyüşlərində görmüşük. İyul döyüşləri zamanı rus silahları ermənilər üçün daşınırdı. Müharibənin gedişində də rus rəsmiləri etiraf ediblər ki, Ermənistana istənilən dəstək verilib. Ona görə indi dağılmış, sıradan çıxmış erməni ordusunu dirçəltmək cəhdi gözləniləndir. Çünki Ermənistan kimi qondarma dövlət Rusiyanın forpostudur və Kreml tərəfindən idarə olunur”.

AMİP sədri hesab edir ki, Rusiya Ermənistana hərbi güc verməklə regionda nüfuzunu, digər dövlətləri təsirində saxlamağı hədəfləyir: “O baxımdan hərbi cəhətdən dəstək verir və belə də davam edəcək. Eyni zamanda, Türkiyənin regionda güclənməsi, Azərbaycana dəstəyini artırması fonunda Rusiya Ermənistana dəstəyini daha da artıracaq. Sadəcə, Azərbaycan tərəfdən qarşılıqlı addımlar atılmalıdır. Bu məsələdə Rusiyanın üzərinə gedilməlidir. Moskva bizimlə normal qonşuluq münasibətləri saxladığını bildirirsə, erməni tərəfə verdiyi hərbi dəstəyi dayandırmalıdır. Həmçinin ”İsgəndər-M" raketləri ilə bağlı faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Buna da izahat olmalıdır. Rusiya, görünən odur ki, regionda gücünü saxlamağa çalışır və bu məqsədlə Ermənistana dəstəyini verir".

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib  siyasiləşdirmək tam yanlışdır

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya bölgədə qalmaq istəyir və bəhanələr axtarır. Onun fikrincə, Kreml İrəvan vasitəsilə bölgədə təmsil olunmaq niyyətindədir: “Rusiyanın ermənilərə verdiyi silahlar 44 günlük müharibədə məhv edildi, indi yerini doldurmaq üçün Ermənistanı silahlandırmaqla məşğuldur. Bu, Rusiyanın missiyasına uyğun gəlmir. Çünki hər iki ölkə arasında bərabər məsafədə dayanmalıdır. Eyni zamanda, sülhməramlı kimi təmsil olunursa, bərabər səviyyədə yaxınlaşmalıdır”.

E.Musayev Azərbaycan müxalifətinin xeyli vaxtdır ki, bu məsələlərə təpki verdiyini, sülhməramlıların öhdəliklərini yerinə yetirmədiyini, ermənilərlə azərbaycanlıların münasibət qurmasına mane olduğunu söyləyirdi: “Bizim etirazlarımız vardı. Yaxşı oldu ki, ölkə başçısı da bu yöndə etiraz etdi, ”İsgəndər-M" raketlərinin istifadə edilməsi barədə izahat istədi. Bu, diplomatik dildə ağır təpkidir və dünyaya nümayiş etdirməkdir".

Digər Xəbərlər
Xəbər Lenti