9 ildir Bakıda belə sərt hava olmayıb

24 Fevral 2021 11:30 Araşdırma 534
9 ildir Bakıda belə sərt hava olmayıb

“2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu Bakıda ən aşağı temperatur göstəricisi olub”.

Sportinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da rekord göstərici idi.

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!