"Onu almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm"

5 Avqust 2020 11:20 Almaniya 829
"Onu almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm"

"Bavariya"nın prezidenti Uli Heness "Bayer"in futbolçusu Kay Havertzi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçini almaq üçün pullarının olmadığını deyib:

"Sanenin transferi üçün çox pul xərclədik. Bu, əla transfer idi. Daha yüksək məbləğli transferlər olmayacaq. Koronavirus səbəbindən mövcüd durum göz önündədir. Havertzi almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm".

Havertz 2019/2020 mövsümündə 43 matçda 17 qol vurub, 9 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti