Yarımhəvəskar klub Premyer Liqa futbolçusuna 3000 manat maaş ödəməyə hazırdır

6 Yanvar 09:40 Şamaxı 3 001
Yarımhəvəskar klub Premyer Liqa futbolçusuna 3000 manat maaş ödəməyə hazırdır

“Şamaxı”nın dekabrda yollarını ayırdığı Ramin Əhmədova yeni təklif gəlib.

24 yaşlı yarımmüdafiəçi karyerasını II Liqada davam etdirə bilər.

Birinci Liqaya vəsiqə uğrunda mübarizə aparan “Şəfa“ ona 1 illik müqavilə təklif edib.

Vaxtilə “Zirə“nin də formasını geyinmiş Zaqatala futbolunun yetirməsi dəvətə müsbət cavab verərsə, aylıq 3000 manat əməkhaqqı qazanacaq.

Əhmədov I Liqadan da bir neçə çağırış alıb. Gəl ki, o, karyerasını yox, pulu daha çox düşünür.

Bir az artıq məbləğə sahiblənmək üçün yarımhəvəskar II Liqada meydana çıxmağa həvəsli görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM