"Mən Mourinyonun səviyyəsindən çox uzağam"

10 Mart 2020 22:15 Almaniya 697
"Mən Mourinyonun səviyyəsindən çox uzağam"

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalıda "Tottenhem"lə cavab oyunu öncəsi mətbuat konfransında fikrini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı alman mütəxəssis rəqibin baş məşqçisi Joze Mourinyo barədə də danışıb:

"Tottenhem"lə oyun xüsusi olacaq. Elə də gərgin deyiləm. İlk oyunda yaxşı nəticə qazandıq. "Tottenhem" üzərində yenə qalib gəlib, növbəti mərhələyə çıxmaq istəyirik.

Joze Mourinyonu ilk oyunda məğlub etdiyimi düşünmürəm. "Tottenhem"i mübarizədən kənarlaşdırmağın daha gözəl olacağını fikirləşirəm.

Öncə də demişdim ki, mən Mourinyonun səviyyəsindən çox uzağam. Karyeramda onun qədər kubok qazanacağımdan şübhəliyəm".

"Leyptsiq" ilk oyunda "Tottenhem"ə Londonda 1:0 hesabı ilə qalib gəlib. Cütün cavab oyunu bu gün Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti