COP29

“Ona dedik ki, özünə yeni klub tap” - İdman direktoru

18 Noyabr 2023 00:10 Almaniya 433
“Ona dedik ki, özünə yeni klub tap” - İdman direktoru

“Leyptsiq”in hücumçusu Timo Verner komandadan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 27 yaşlı forvardın performansından məmnun deyil.

Bundesliqa təmsilçisinin idman direktoru Ruven Şröder bu barədə yerli mətbuata açıqlama verib:

“Vernerə özünə yeni klub tapmasını bildirdik. Ona qarşı açıq və dürüst olduq”.

“Leyptsiq” Timo Verneri ötən ilin yayında “Çelsi”dən transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"