Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etmədi

1 Avqust 01:40 Almaniya 493
Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etmədi

“Bayern”in vingeri Luis Diasın adı son günlər Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə hallansa da, kolumbiyalı futbolçu gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Əl-Hilal” 29 yaşlı oyunçu üçün təxminən 70 milyon avro təklif etməyə hazırdır.

Ancaq Dias artıq Münhen klubunun rəhbərliyinə komandada qalmaq istədiyini bildirib və Səudiyyə Ərəbistanından gələn marağı qəbul etməyib.

“Bayern” rəhbərliyi də futbolçunu satmaq niyyətində deyil. Ötən yay “Liverpul”dan transfer olunan Dias debüt mövsümündə uğurlu çıxışı ilə etimadı doğruldub və klub onunla yollarını ayırmağı düşünmür.

Diasın “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

O, ötən mövsümdə Vensan Kompaninin rəhbərlik etdiyi komandada 51 oyunda meydana çıxaraq, 26 qol vurub və 23 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi