“O, hələ də iddialıdır və bizim üçün inanılmaz dərəcədə vacibdir”

7 Avqust 01:40 Almaniya 622
“O, hələ də iddialıdır və bizim üçün inanılmaz dərəcədə vacibdir”

“Bayern”in prezidenti Uli Höness, komandanın qapıçısı Manuel Noyer barədə danışıb.

Sportinfo.az “Sport Bild”-ə istinadən xəbər verir ki, o, 40 yaşlı futbolçunun hələ də yüksək səviyyədə çıxış etdiyini və klub üçün əhəmiyyətini qoruduğunu bildirib:

“Noyer ən yaxşılardan biri olaraq qalır. Mən onu dünya səviyyəli qapıçı hesab edirəm.

O, komandanın qarşıdakı mövsümdəki uğuruna böyük töhfə verə bilər. Noyer xarakter baxımından bütün lazımi keyfiyyətlərə malikdir.

Gənc oyunçular ona heyran qalırlar. O, hələ də iddialıdır və bizim üçün inanılmaz dərəcədə vacibdir”.

Daha əvvəl qarşıdakı mövsümün Noyerin karyerasındakı son ili ola biləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"