Bu üç futbolçunun komandada gələcəyi yoxdur - İdman direktoru AÇIQLADI

30 İyul 22:40 Almaniya 629
Bu üç futbolçunun komandada gələcəyi yoxdur - İdman direktoru AÇIQLADI

“Bayern”in idman direktoru Maks Eberl, Joao Palinya, Brayan Saraqosa və Saşa Boenin Münhen klubunda gələcəyinin olmadığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə açıqlamasında belə deyib:

“Onların “Bayern”də gələcəyi yoxdur. Bizimlə qalmaq istəsələr, bu, çətin olacaq.

Çünki onlarla bağlı heç bir planımız yoxdur. Qalsalar belə, komandada heç bir rol oynamayacaqlar”.

“Bayern” 2025/26 mövsümündə Bundesliqanın çempionu olub. Münhen klubu 34 oyunda 89 xal toplayıb və cəmi bir dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi