“Premyer Liqa dünyanın ən güclü və ən cəlbedici liqasıdır"

1 Oktyabr 2023 01:40 Almaniya 661
“Premyer Liqa dünyanın ən güclü və ən cəlbedici liqasıdır"

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala məqsəd və arzularından danışıb.

Sportinfo.az xəbər verir ki, o, eyni zamanda, “Bayern”lə uğur qazanmağa sadiq olduğunu bildirib:

“Dünyanın ən yaxşı oyunçularından biri olmaq istəyirəm. Bunlar mənim iddialarımdır.

Bir-iki ildən sonra ən yüksək səviyyədə olmaq istəyirəm. Yol hələ uzundur, amma mənim məqsədim və arzum ən yaxşısı olmaqdır.

İngiltərə Premyer Liqası dünyanın ən güclü və ən cəlbedici liqasıdır. Amma özümü burada rahat hiss edirəm və “Bayern”lə uğur qazanmağa sadiqəm.

Bununla belə, siz bir neçə ildən sonra nə olacağını heç vaxt bilmirsiz”.

20 yaşlı almaniyalı futbolçu bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə beş oyun keçirib, bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada