
"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Konrad Laymerlə razılıq əldə edib.
Yayda klubu ilə müqaviləsi başa çatan 25 yaşlı futbolçu "Bavariya"ya azad agents statusu ilə qoşulacaq.
Konrad Laymer 2017-ci ilin yayından "Leyptsiq"də çıxış edir. Avstriyalı dayaq yarımmüdafiəçisi Bundesliqa klubunun heyətində meydana çıxdığı 167 matçda 11 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.