Bu məşhur klublardan birinə keçmək istəyir - Haaland

5 Mart 2021 12:20 Almaniya 775
Bu məşhur klublardan birinə keçmək istəyir - Haaland

Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın transfer olunmaq istədiyi 6 klubun adı məlum olub.

Sportinffo.az xəbər verir ki, "Çelsi"si 20 yaşlı hücumçunu almaq üçün çox çalışsa da, həmin 6 namizədin siyahısında "zadəganlar"ın adı yoxdur.

Oyunçu yalnız "Yuventus", "Real", "Mançester Siti", "Liverpul", "Barselona" və "Mançester Yunayted" klublarından birinə keçməyi düşünür.

Qeyd edək ki, Haaland ötən ilin yanvar ayında "Zalsburq"dan "Borussiya"ya transfer olunub. O, bu müddət ərzində 45 matça çıxaraq, 43 qol vurub. Futbolçunun bu cür oyunu onun Avropanın "TOP" klublarının maraq dairəsinə düşməsinə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti