COP29

Yeni mövsümdə Azərbaycan çempionatında iştirak edəcək növbəti klub - VİDEO

15 İyun 22:40 I Divizion 5 689
Yeni mövsümdə Azərbaycan çempionatında iştirak edəcək növbəti klub - VİDEO

Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" II Liqanın ikincisi "Cəbrayıl"la üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, 2024/2025 mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.

Qarşılaşma "Cəbrayıl" kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən I Liqada iştirak etmək hüququ qazanıb.

"Araz Saatlı" isə 2024/2025 mövsümünə II Liqada start verəcək.

Saatlı Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov
Dördüncü hakim: Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Lamin Çam, 23 (qeyri-idman hərəkəti); Cavidan Rəhimli, 26 (qeyri-idman hərəkəti); Fərid Nadirov, 56 (qeyri-idman hərəkəti) // Zahir Mirzəzadə, 42 (qeyri-idman hərəkəti); Samir İbrahimov, 63 (qeyri-idman hərəkəti)
Qollar: Ravil Yusifli, 77 (p.) // Ruslan Voronsov, 24; Tapdıq Əhmədov, 45 (p.); Nurlan Quliyev, 80
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

“Araz Saatlı”

1. Əmrah Məmmədli
11. Elnur Mustafazadə
(24. Ülvi Əvəzov, 90+4)
10. Ravil Yusifli
7. Oqtay Məmmədov (k)
4. Fərid Nadirov
44. Cavidan Rəhimli
(66. Ənəs Şabanov, 79)
6. Həmzə Əliyev
5. Sehran Abbasov
15. Sequn Omotoşo
29. Lamin Çam
(22. Davud Mahmudov, 46)
19. Elijah Ben

Ehtiyat oyunçular:

12. Məhəmməd Əhmədov
17. Ceyhun Rəcəbli

Məşqçi: Zəkəray Atakişiyev

“Cəbrayıl”

1. Fərman Bayramov
20. Ruslan Əmircanov (k)
4. Vüsal Səfərov
(33. Hüseyn Novruzov, 66)
44. Samir İbrahimov
9. Ruslan Voronsov
(10. Elvin Məmmədov, 85)
7. Tapdıq Əhmədov
(17. Nurlan Quliyev, 66)
13. Elşad Əliyev
19. Məhərrəm Orucov
22. Əli Nəcəfli
77. Zahir Mirzəzadə
(14. Əliəkbər Şəbiyev, 85)
11. Polad İbrahimov
(28. Cavid Tağıyev, 46)
Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
25. Baxşəli Baxşəliyev
Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?