Region klubunda maaş qalmaqalı böyüyür

12 İyun 2024 16:00 I Divizion 1 467
Region klubunda maaş qalmaqalı böyüyür

Uğursuz mövsüm keçirən "İmişli"də kütləvi narazılıq var.

Birinci liqa təmsilçisinin üzvləri maaşlarının verilməməsindən şikayətçidir.

Bu barədə redaksiyamızla əlaqa saxlayan oyunçular məlumat verib.

Söhbət son iki ayın maaşından gedir.

Birinci Liqada mövsüm bir aya yaxındır başa çatıb.

Amma rəhbərlik aprel və may aylarının əmək haqqılarını ödəmək barədə düşünmür.

Futbolçuların ödənilməyən maaşları ilə bağlı müraciətinə isə klubdan reaksiya verəcək bir nəfər də yoxdur.

Susqunluq bir müddət də davam etsə, kollektiv AFFA-ya şikayət etməyi düşünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı