Daha bir legionerimiz Azərbaycana geri dönür

19 May 2020 00:00 Zirə 1 299
Daha bir legionerimiz Azərbaycana geri dönür

Sportinfo.az Küveytin “Əl-Salmiyə” klubunun azərbaycanlı yarımmüdafiəçisi Kamal Mirzəyevin müsahibəsini təqdim edir:

– Küveytdə son durum necədir? Karantin rejimində yumşalmalar varmı?
– Yox, burada vəziyyət olduğu kimi qalır. 24 saat karantin rejimidir.

– Şəhərdə gəzməyə icazə yoxdur?
– Yalnlz 2 saat icazə verilir. Onun üçün də yaşadığın ərazidən uzaqlaşmamalısan. Maşınla gəzmək qadağandır. Ancaq piyada hərəkət etmək olar.

– Çempionatla bağlı yeni xəbər yoxdur?
– Avqusta qədər liqa təxirə gedib. Yalnız o vaxt başlaya bilər.

– Azərbaycana nə zaman və necə qayıtmağı düşünürsən?
– Karantin rejimi bitən kimi qayıdacam.

– Pandemiya ilə mübarizə üçün bir dəfə sizin maaşınızdan 2500 dollar tutmuşdular. Yenə bu hal baş vermədi?
– Bir dəfə oldu.

– Adın “Zirə” ilə hallanır…
– Bu məsələ barədə heç nə demək istəmirəm. Karantin bitdikdən sonra hər şey bəlli olar (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti