COP29

Azərbaycanda xoşbəxt oldu: "Necə də gözəl hekayədir, amma hələ heç nə bitməyib" - FOTO

29 May 03:50 Zirə 590
Azərbaycanda xoşbəxt oldu: "Necə də gözəl hekayədir, amma hələ heç nə bitməyib" - FOTO

"Zirə"nin qapıçısı Tyaqo Silva komandasının bu mövsümkü çıxışından yazıb.

Sportinfo.az xəbər verir ki, instaqram hesabında paylaşım edən portuqaliyalı qolkiper "Zirə"nin Premyer Liqada ən az qol buraxan komanda olmasını da xüsusi vurğulayıb:

"Heç vaxt unudulmayacaq mövsüm keçiririk:

Premyer Liqada ikinci pillə;

Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə;

36 oyuna 22 qol buraxmaqla, çempionatın ən yaxşısı müdafiə xəttinə sahib olmaq;

17 matçda qol buraxmamaq;

Azərbaycan kubokunun finalı;

Necə də gözəl hekayədir. Amma hələ heç nə bitməyib. İyunun 2-də ölkə kubokunu qazanmağımıza kömək etmək üçün azarkeşlərimizin dəstəyinə ümid edirik!".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"