“Qurban Qurbanovun uduzmaq limiti yoxdur, 1 oyuna görə millidən göndərildi, indi də…"

08:30 Zirə 256
“Qurban Qurbanovun uduzmaq limiti yoxdur, 1 oyuna görə millidən göndərildi, indi də…"

“İlk növbədə onu deyə bilərəm ki, çox məyusam. Məyusluğum Qurban Qurbanova görə deyil.

Onun barəsində səsləndirilən fikirlərə görədir. Onların adına heyfslənirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 12 il sonra “Qarabağ”ın avrokuboklardan kənarda qalması ilə bağlı danışarkən deyib.

Mütəxəssis Qurban Qurbanovun millidən göndərilməsini xatırlayıb:

“Qarabağ” əlindən gələni etdi, çox çalışdılar. Rəqibləri çətin idi. Əvvəlcə “Dinamo Kiyev” sonra “Tvente”, zədələr… Bu məqamlar olduqca önəmlidir.

Dostlarla müzakirə edəndə də həmişə deyirəm ki, Qurban Qurbanovun uduzmaq limiti yoxdur.

Bir oyun uduzdu, millidən göndərdilər, bir mövsüm avrokubokların qrupuna düşmədi, bu cür tənqidlər olur. Məntiqlə düşünsək, bu seriya 6-7-ci mövsümdə qırılmalı idi. 12 il özü də fantastik göstəricidir”.

"Qarabağ" Konfrans Liqasının pley-off turunda "Tvente"yə məğlub olaraq, avrokuboklarda mübarizəni dayandırıb.

Ağdam klubu səfərdə 1:0 hesablı nəticə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!