Azərbaycandan getdi, 10 gündən sonra assist etdi, Superkuboku qazandı

17:20 Zirə 161
Azərbaycandan getdi, 10 gündən sonra assist etdi, Superkuboku qazandı

“Zirə”dən ayrılan Jinor Martins yeni klubunda titul qazanıb.

Braziliyalı vinger Kamboca Superkubokunu başı üzərinə qaldırıb.

O, “Zirə”ni “Svay Rienq”ə dəyişəndən 10 gün sonra yeni komandasının heyətində ilk oyuna çıxıb.

Avqustun 30-da Superkubokun finalı çərçivəsində “Svay Rienq” - “Vsaxa” qarşılaşması baş tutub.

Martins start “11-liy”ində yer almasa da, 58-ci dəqiqədə Yohannes Tartarottinin əvəzinə meydana daxil olub.

Hesab 1:0 “Zirə”nin sabiq futbolçusunun komandasının xeyrinə olarkən, o, 90-cı dəqiqədə Çantea Sienqə məhsuldar ötürmə verib və hesab 2:0 olub.

“Vsaxa” son saniyələrdə bərabərlik qolu vurub. Lakin məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Nəticədə Juniorun komandası titul qazanıb.

2024-cü ilin yayında “Kəpəz”i “Zirə”yə dəyişən braziliyalı futbolçu “qartallar”ın heyətində bütün yarışlarda meydana çıxdığı 69 qarşılaşmada 10 qol vurub, 10 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti