Yenə “Zirə” - 3 il sonra

02:10 Zirə 66
Yenə “Zirə” - 3 il sonra

Misli Premyer Liqasının startı “Zirə”nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri startda belə seriyaya imza atıb.

Sonuncu belə hadisə 2023/24 mövsümünə təsadüf edib. Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinib.

2017/18 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.

Ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!