Premyer Liqanın ilk 3 turunda qələbələri sıralayan «Zirə» transfer bazarında fəallığını artırıb.
Qəsəbə təmsilçisi bu gün daha bir legionerlə anlaşıb.
Talysson Moreya Reis ilə müqavilə şərtlərini razılaşdırıb. Braziliyalı yaxın günlərdə Azərbaycana təşrif buyuracaq.
25 yaşlı «sambaçı» mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, bura Portuqaliyadan - «Çaveş»dən gəlib.
Cənubi amerikalı 2023-cü ildən bəri Birinci Liqa təmsilçisinin formasını geyinib.
Braziliyada «Koymbra EC»in yetirməsi olan «Ktatau» ləqəbli mərkəz oyunçusu karyerası ərzində «Pedras Salqadas» və «Felqeyraşıin də şərəfini qoruyub.
"Zirə" bu yay 7 nəfərlə güclənib.
Amin Seydiyev ("Sabah"), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov ("Turan Tovuz") Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu və Dameyn Smit kollektivə qoşulub.
SPORTİNFO,AZ
